• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Yarışdan öncə pit-stop zonasında gərgin hazırlıq – hər saniyə önəmlidir

15 sentyabrda Formula 1 Azərbaycan Qran Prisinin final mərhələsindən əvvəl Bakı trasının pit-stop zonasında komandalar son texniki hazırlıqları həyata keçiriblər. Hər komandanın mexanikləri, mühəndisləri və texniki heyəti öz pilotlarının maksimum performansla yarışa başlaması üçün detallı şəkildə avtomobilləri yoxlayıb.

Pit-stop sahəsi yarışın ən kritik anlarının baş verdiyi məkandır. Komandalar təkər dəyişməsi, qanad tənzimləməsi və digər texniki müdaxilələri saniyələrlə ölçülən dəqiqliklə planlayır. Yarışdan öncə bu zonada hərəkətlilik pik həddə çatıb.

Pilotlar yarışa çıxmamışdan əvvəl buradakı son brifinqlərdə iştirak edərək strategiyanı dəqiqləşdiriblər. Trasın vəziyyəti, hava şəraiti və rəqiblərin mövqeyi nəzərə alınaraq pit-stop zamanları və taktiki gedişlər müəyyən olunub.

Pit-stop zonası təkcə texniki yox, həm də vizual baxımdan maraq doğurub – azarkeşlər burada bolidlərin hazırlanma anlarını izləyərək Formula 1-in kulis arxası həyatı ilə tanış olublar.

Fotolar: Nail Əhmədov