• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Vüqar İbadov: “Vizual media Qarabağ hekayələrinin çatdırılmasında mühüm rol oynayır”

Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Vüqar İbadov Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” adlı panel görüşündə vizual medianın rolundan danışıb.

Vüqar İbadov bildirib ki, şəkil və videoların vizual media vasitəsilə təqdim edilməsi auditoriyaya hekayəni daha dərindən anlamaq və hiss etmək imkanı yaradır. Onun sözlərinə görə, vizual media təkcə məlumat ötürmək üçün deyil, həm də insanlarda emosional təəssürat yaratmaq üçün güclü vasitədir:

“Bir şəkil ilə biz izah edirik ki, bu torpaqların əsl sahibləri kimdir. Torpağın sahibi onu qurmaq barədə düşünür, sahib olmayan isə yalnız dağıdır. Bu səbəbdən vizual media sözə nisbətən daha güclüdür.”

Fotoqrafın fikrincə, Qarabağ hekayələrinin vizual təqdimatı həm regionun bərpası, həm də onun mənəvi dəyərlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.