-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının möhtəşəm açılış mərasimi baş tutub.
Gəncə şəhəri bu dəfə III MDB Oyunlarının rəsmi “İdman Paytaxtı” elan olunub. Qərar MDB-yə üzv ölkələrin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib.
Oktyabrın 8-dək davam edəcək oyunlar çərçivəsində yarışlar 12 müxtəlif idman arenasında keçiriləcək. İdmançılar 23 növ üzrə ümumilikdə 1694 medal – 505 qızıl, 505 gümüş və 684 bürünc medal uğrunda mübarizə aparacaqlar. Bununla yanaşı, qalib komandaların uğuruna xüsusi töhfə vermiş idmançıların da əlavə mükafatlarla təltif olunması nəzərdə tutulur.
Qeyd edək ki, MDB Oyunları ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində, ikinci dəfə isə 2023-cü ildə Minskdə təşkil olunub.
Fotolar: Cavid Rzayev