-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Oktyabrın 17-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü münasibətilə “Zəfərin ruhu” adlı fotosərgi keçirilmişdir.
Tədbir Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində baş tutub. Açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, şəhər ictimaiyyətinin və mədəniyyət xadimlərinin nümayəndələri iştirak ediblər.
Sərgi Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin 5-ci ildönümünə həsr olunub. Ekspozisiyada nümayiş olunan fotolar Azərbaycan xalqının yenilməz ruhunu, sarsılmaz iradəsini və Qarabağın sürətlə bərpa olunan simasını əks etdirir. “Zəfərin ruhu” həm qəhrəman şəhidlərimizə ehtiram, həm də azad torpaqlara qayıdan insanların qürur və sevinc hisslərinin bədii ifadəsidir.
Sərgi çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. Təcrübəli sənət müəllimlərinin rəhbərliyi ilə keçirilən məşğələlərdə uşaqlara rənglər vasitəsilə Zəfər mövzusunu ifadə etməyin incəlikləri öyrədilib. Bu ustad dərsləri gənc iştirakçılara həm yaradıcılıq bacarıqlarını inkişaf etdirməyə, həm də tarixi hadisələrə öz bədii baxışlarını formalaşdırmağa imkan yaradıb.