-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
“EYES of FIRE” kitabı işıq üzü görüb. Kitab ingilis və fransız dillərində nəşr olunub və əsasən xarici oxucular üçün nəzərdə tutulub. Onun səhifələrində 1861–2000-ci illəri əhatə edən fotolentlə çəkən, artıq dünyasını dəyişmiş 20 fotoqraf haqqında məlumat və fotolar toplanıb.
Kitabın əvvəlində Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlunun 6 səhifəlik tarixi məqaləsi yer alır. “Azərbaycan fotoqrafiyasının gümüş dövrü” adlanan bu yazıda sənətdə kimlərin fəaliyyət göstərməsi və hansı hadisələrin baş verməsi barədə qısa, lakin əhatəli tarix təqdim olunub.
Bu, M.Həsənoğlunun ilk dəfə olaraq belə bir kitab layihəsinə atdığı addımdır. Təəssüf ki, bir çox fotoqraflar yaşayıb-yaratmalarına baxmayaraq, onların arxivləri zamanla itib gedir.
Kitab Azərbaycan fotoqrafiyası tarixindən bəhs edir və Azərbaycan Fotoqrafları Birliyinin arxiv materialları əsasında ərsəyə gəlib. Çapına dəstəyə görə "Street Photography France" kollektivinə minnətdarıq.