-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
LAYİHƏ: "Bakı: Obyektivdə Zaman və Memarlıq"
"2026-cı il dünya fotoqrafiyasının 200, Azərbaycan fotoqrafiyasının isə 165 illik yubileyləri ilə əlamətdardır. Layihə bu yubiley tarixlərinə, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş "Şəhərsalma və Memarlıq İli"nə həsr olunur.
Mövzu: 2026 - "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş Bakı şəhəri Xətai Rayonu üzrə məktəblilərarası mobiloqrafiya müsabiqəsi.
1. Layihənin məqsədi
Şagirdlərdə doğma şəhərə qarşı estetik baxış formalaşdırmaq, memarlıq irsimizi tanıtmaq və mobiloqrafiya (mobil fotoqrafiya) vasitəsilə onların yaradıcılıq potensialını üzə çıxarmaq.
2. Tərəfdaşlar
- Təşkilatçı: Kaspi Liseyi Ağ Şəhər
- Peşəkar Dəstək: Azərbaycan Fotoqrafları Birliyi (AFB)
- Təşkilatçı: Bakı Şəhər və Gənclər İdman Baş İdarəsi (Xətai rayon sektoru)
- Təşkilatçı: Xətai Rayon İcra Hakimiyyəti
3. Müsabiqə kateqoriyaları
- Həyat tərzi
Bu kateqoriya şəhərin dinamikasını və yaşayan ruhunu hədəf alır. Memarlıq burada sadəcə cansız divarlar deyil, insanların həyatı üçün bir səhnə rolunu oynayır.
- Məzmun: Küçə fotoları (street photography), şəhər mühitindəki anlıq hadisələr, insanların Bakı ilə qarşılıqlı əlaqəsi.
- Vurğu: "Şəhər necə nəfəs alır?" sualına vizual cavab.
- Portret foto
Fotoqrafiyanın 200 illik tarixinə və insanın əbədiləşdirilməsi missiyasına həsr olunmuş yeni kateqoriya.
- Məzmun: Şəhər sakinləri, sənətkarlar, keçmişin izlərini simasında daşıyan yaşlı nəsil və ya müasir Bakı gəncliyi.
- Vurğu: Emosiya, xarakter və insan hekayəsi.
- Zamanın memarı
Bu bölmə "İnşaat və Memarlıq İli" çərçivəsində Bakının struktur gözəlliyini və tarixi inkişafını birləşdirir.
- Məzmun: Tarixin İzi: Qədim binalar və klassik detallar.
- Modern baxış: Şüşə və poladın vəhdəti, müasir mühəndislik.
- Dialoq: Köhnə və yeni memarlığın eyni kadrda harmoniyası və ya təzadı.
- Vurğu: Formanın estetikası, mühəndislik uğuru və zamanın memarlıqdakı əksi.
4. İştirak şərtləri
- Cihaz: Fotolar yalnız mobil telefon vasitəsilə çəkilməlidir.
- Orijinallıq: Fotolar müəllifə aid olmalı, kəskin montaj və ağır filtrlərdən istifadə edilməməlidir.
- Məkan: Çəkilişlər Bakı şəhəri daxilində aparılmalıdır.
5. Layihənin icra mərhələləri
I Mərhələ - Layihənin elan olunması və qeydiyyatın başlaması - 11.03.2026
II Mərhələ - AFB tərəfindən "Mobiloqrafiya və Kompozisiya" təlimi
- Təlim Kaspi Ağ Şəhər liseyində təşkil olunacaq. Qeydiyyat üçün +994507388827 nömrəsi ilə (Elnur Əzizov) əlaqə saxlaya bilərsiniz.
- Təlimdə iştirak könüllüdür. Müsabiqədə iştirak etməyə mane deyil.
Təlim mobiloqrafiya sahəsinə aid olacaq və peşəkar fotoqraf Fərhad Sultanov tərəfindən keçiriləcək. - 17.03.2026
III Mərhələ - Şagirdlərin sərbəst çəkiliş müddəti (Fieldwork) - 20.03.2026 - 30.03.2026
IV Mərhələ - Fotoların AFB münsifləri tərəfindən qiymətləndirilməsi - Aprel ayının ilk həftəsi
V Mərhələ - Seçilmiş fotolardan ibarət sərginin təşkili, sertifikatların təqdimatı və mükafatlandırma - Aprel ayının II-III həftəsi
6. Qeydiyyat şərtləri:
- Fotolar çəkildikdən sonra musabiqe@kaspi.edu.az elektron ünvanına “Foto Müsabiqə” başlığı ilə göndərilməlidir.
- Elektron məktubda şagird - iştirakçı aşağıdakı məlumatları yazmalıdır:
- şagirdin adı və soyadı;
- təhsil aldığı məktəbin adı;
- sinfi;
- iştirak etdiyi kateqoriyanın adı.
7. Gözlənilən Nəticə
- Xətai rayon məktəbliləri AFB peşəkarlarından təcrübə qazanır.
- Bakının memarlıq gözəlliyini əks etdirən foto-qalereya yaranır.
- Gənc nəslin şəhərsalma mədəniyyətinə marağı artır.
- İştirakçılar təltif olunur və Şagirdlərin portfoliosu müxtəliflik baxımından zənginləşir.
