• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Azərbaycan və Türkmənistan: mədəni körpülər birləşir

13–15 oktyabr tarixlərində Bakı və Gəncə şəhərlərində keçiriləcək “Azərbaycan və Türkmənistan Mədəniyyət Günləri” iki qardaş xalqın dostluğunu, ortaq dəyərlərini və zəngin irsini bir araya gətirir. Bu tədbir xalqlarımız arasında mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir və incəsənətin birləşdirici gücünü bir daha nümayiş etdirir.

Heydər Əliyev Mərkəzinin möhtəşəm atmosferində baş tutan bu görüş mədəniyyət, incəsənət və fotoqrafiya sahəsində çalışan yaradıcı insanları bir araya gətirdi.

Tədbirə Azərbaycan Fotoqrafları Birliyini dəvət etdiyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə dərin təşəkkürümüzü bildiririk.