• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Azərbaycan dizayn gecəsində AFB üzvünün uğuru

6 noyabr 2025-ci il tarixində “Radisson” otelində ölkəmizdə memarlıq və dizayn sahəsinin ən nüfuzlu tədbirlərindən biri – Memarlıq və Dizayn Qala Gecəsi təşkil olunub.

Tədbir AZMİA (Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası) və AZMOB tərəfindən həyata keçirilib. Gecədə tanınmış memar və dizaynerlər, sahə üzrə fəaliyyət göstərən şirkət və holdinqlərin rəhbərləri, eləcə də mebel və tikinti sənayesi nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Azerbaijan Design Awards mükafatları sahiblərinə təqdim olunub. Azərbaycanın məşhur memar və dizaynerlərinin iştirak etdiyi bu möhtəşəm gecə parlaq təqdimatlarla yadda qalıb. Qürurverici haldır ki, mükafatlandırılanlar arasında Azərbaycan Fotoqrafları Birliyinin (AFB) Təftiş Komissiyasının üzvü Sevinc Alməmmədova da yer alıb. Bu münasibətlə Sevinc xanımı səmimi-qəlbdən təbrik edir, fotoqrafiya sənətinin memarlıq və dizaynla ayrılmaz şəkildə bağlı olduğunu bir daha nümayiş etdirdiyi üçün onu alqışlayırıq.

Qeyd edək ki, Azerbaijan Design Awards bu ildən etibarən hər il təşkil olunacaq və memarlıq-dizayn sahəsində həm yerli, həm də beynəlxalq səviyyədə uğur qazanan, müasir trendləri əks etdirən layihə müəllifləri bu mükafatla təltif ediləcəklər.