-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Dünən Azərbaycan Fotoqrafları Birliyinin (AFB) “Chillkhana” ofisində tanınmış jurnalist, televiziya aparıcısı və ictimai xadim Mixail Qusmanla (Mixail Salamonoviç Qusman) maraqlı və yaddaqalan görüş baş tutub.
Qusman 500-dən çox dövlət və hökumət başçısı, eləcə də dünya miqyasında tanınan siyasətçilərlə müsahibə aparmış, beynəlxalq jurnalistika sahəsində böyük təcrübəyə malik şəxsdir.
Onun “Chillkhana”da keçirilən mühazirəsi əslində interaktiv və canlı söhbət formatında keçib — dinləyicilər çoxsaylı suallar verərək həm siyasi, həm də şəxsi mövzularda fikir mübadiləsi aparıblar.
Görüş səmimi və isti atmosferdə keçib. Bakı sakinləri öz həmvətənlərini – “məhəllə uşağı” kimi tanınan, bu gün isə beynəlxalq nüfuz qazanmış dəyərli insanı böyük sevgi və hörmətlə qarşılayıblar.
AFB olaraq belə bir şəxsiyyəti ofisimizdə qəbul etmək bizim üçün böyük şərəf idi.
Xoş gəldiniz, Mixail Qusman – evinizə xoş gəlmisiniz!
