-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
13–15 sentyabr tarixlərində paytaxt Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bulvar ərazisində yarış azarkeşləri və turistlər üçün geniş şərait yaradılıb. Baku City Circuit trasının bir hissəsi olan Bulvar zonası yarış həvəskarlarının ən çox toplaşdığı məkanlardan biri olub.
Yarış günlərində əraziyə yaxın əyləncə zonaları, “F1 Village” adlanan fan məkanlar, simulyatorlar, foto stendlər və satış nöqtələri qurulub. Azarkeşlər böyük ekranlar vasitəsilə yarışları canlı izləmək imkanı qazanıb, eyni zamanda qida və içki stendlərindən istifadə edərək rahat şəraitdə Formula 1 atmosferini yaşayıblar.
Bulvar tribunasından avtomobillərin yüksək sürətlə keçdiyi düz zolaqlar, eləcə də döngə hissələri aydın şəkildə izlənilə bilib. Təşkilati baxımdan yüksək səviyyədə keçən tədbir, yerli və xarici qonaqların marağı ilə qarşılanıb.
Fotolar: Nail Əhmədov