04.07.2025
Araz Adiloğlu
2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Bir neçə fotosərgilərdə və müsabiqələrdə iştirak edib, sertifikatlara,fəxri fərman və diplomlara layiq görülmüşdür.
2013-cü ildə “TÜRKSOY” un təşkilatçılığı ilə Azərbaycanda keçirilən 10-cu Beynəlxalq Türk Dünyası fotoqraflarının görüşünə qatılıb, sertifikatla təltif olunmuşdur. 2016-cı ildə keçirilmiş “Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması layihəsi çərçivəsində həyata keçirilən fotomüsabiqədə 1-ci yerə layiq görülmüşdür.
