-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
30 avqust 2025-ci il tarixində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə “Beşbarmaq dağı – təbiətin əfsanəsi” adlı fotosərgi baş tutdu.
Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən gələn fotoqrafların Beşbarmaq dağında çəkdikləri nadir kadrlar nümayiş etdirildi. Təbii gözəlliyi, mistik görünüşü və əsrlərdir xalqımızın inanc və əfsanələrində özünəməxsus yeri olan bu müqəddəs dağ fotoqrafların obyektivində yeni bir rakursdan təqdim olundu.
Sərgidə Amira Süleyman, Araz Adil oğlu, Arif Ələkbər, Aydın Sadıqov, Əminə Həsənli, Kohn Henry Geary, Coşqun Süleymanov, Kamil Abbaszadə, Mahir Əhmədov, Famili Ərkivanlı, Mirnaib Həsənoğlu, Nərmin Əfəndi, Rafael Hüseynov, Sevinc Aslanova, Şamil Asim oğlu və Sücəddin Hüseynov kimi fotoqrafların əsərləri tamaşaçılara təqdim edildi.
Tədbirdə çıxış edən “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Elnar Mehdiyev sərginin böyük maraq doğurduğunu vurğulayaraq qeyd etdi ki, bu sərgi həm mədəni irsimizi, həm də təbiətin möhtəşəmliyini yeni nəsillərə çatdırmaq məqsədi daşıyır.
Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu isə çıxışında qeyd etdi: “Fotoqraflar üçün Beşbarmaq dağını çəkmək sadəcə kadr yaratmaq deyil, tarixlə, əfsanələrlə və təbiətlə bir körpü qurmaq deməkdir. Bu sərgi ilə biz həmin gözəlliyi ictimaiyyətlə bölüşməkdən qürur duyuruq.”
Sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı və fotoqrafiya sənəti vasitəsilə Azərbaycanın nadir təbiət incilərindən biri olan Beşbarmaq dağının təbliği baxımından əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirildi.
Fotolar: Mahir Əhmədov, Arif Ələkbər